Ana səhifə
27 May 2018

Məzahir Pənahovdan XƏBƏRDARLIQ

"Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl etmək Dairə Seçki Komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası məsələni diqqətdə saxlamalıdır".
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, MSK bu məsələni xüsusi diqqətdə saxlayacaq:
 

“Mən ümumi seçki prosesini nəzərdə tuturam. Seçkinin nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunana qədər onlar MSK-nın nəzarətində olacaqlar. Hansısa icra nümayəndəsi, komissiya üzvü, vəzifədən kənar şəxslər, heç bir subyekt Seçki Məcəlləsinin qərarları ilə bağlı hansısa xoşagəlməz hala yol verməməlidir. Biz bunu MSK-nın mövqeyi kimi bildirməliyik. Hesab ediərm ki, MSK bütün beynəlxaq qurumları, diplomatik nümayəndələri seçki prosesini izləməyə dəvət edib. Onları maraqlandıran hansısa məsələlər varsa qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara cavab verməliyik”.
 

M. Pənahov əlavə edib ki, prezident seçkiləri bu ilin ən əsas tədbiridir: “Burada Azərbaycan xalqının taleyi həll olunur. Seçici siyahılarında kiminsə adının düşməməsindən heç kim sığortalanmayıb. Məsələn, Bakının Yasamal rayonunda Sovetski dairəsi sökülür. Əhalinin başqa yerə köçürülməsi baş verir. Biz bundan çəkinməməliyik. Bu seçkilər bütün ölkəni əhatə edir. Yaxşı olardı ki, əhalinin köçürülməsi tam yerinə yetirilsin. Bu bizim işimizdə müəyyən problem yarada bilər. Ancaq ümumi işimizə təsir edə bilməz”.

Tarix
14 Fevral 2018 [16:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin