MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq edib

16:09 - 14 Fevral 2018 - SİYASƏT

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiq olunması müzakirəyə çıxarılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Xəbər xətti