Ana səhifə
16 Avqust 2018

Fəttah Heydərov seçkilərlə bağlı qərarı açıqladı

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda çıxış edən şuranın sədri Fəttah Heydərov aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin Şura tərəfindən dəstəkləndiyini söyləyib.
 

F. Heydərov deyib ki, İlham Əliyev hələ uzun müddət bu uğurlu siyasəti davam etdirəcək: “Azərbaycanın dünya arenasında nüfuzunun daha da artması üçün qətiyyətli, iradəli, praqmatik dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir”. 
 

İclasın sonunda Azərbaycan Ağsaqqallar Şurasının qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.

Tarix
14 Fevral 2018 [15:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin