TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

15:36 - 14 Fevral 2018 - SİYASƏT

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.
 
"Ucnoqta.az"-ın məlumatına görə, TürkPA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, təşkilat hər il seçkiləri müşahidə edir və bu il də müşahidə missiyası öz monitorinqini həyata keçirəcək.
 
Məlumatda deyilir ki, TürkPA bir qayda olaraq  üzv olan hər dörd dövlətin seçkilərində müşahidə missiyasını yerinə yetirir: “Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır. Dörd üzv ölkədən müşahidəçilər gələcək”.

Xəbər xətti