Məzahir Pənahov DSK sədrlərini müşavirəyə çağırdı

11:39 - 14 Fevral 2018 - SİYASƏT

Mərkəzi Seçki Komissiyası (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrlərini müşavirəyə çağırıb.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirlib ki, müşavirə fevralın 15-də saat 11:00-da MSK-nin inzibati binasında keçiriləcək.

Toplantı Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan huquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na həsr olunacaq.

Xəbər xətti