Nazir Salyanda vətəndaşları qəbul edəcək

10:17 - 14 Fevral 2018 - SİYASƏT

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyan rayonunda vətəndaşları qəbul edəcək.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul fevralın 22-i saat 10:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli 126) keçiriləcək.
Görüşdə Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Cavadxan küçəsi 15) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-407-45-54, 050-381-38-91, 025-24-5-27-93) xahiş olunur.

Xəbər xətti