Qurbanov Çexiya klubunda dubl etdi

12:23 - 10 Fevral 2018 - İDMAN

Çexiyanın “Slaviya” klubunun U-21 komandası qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi bu kollektiv “Meteor”la üz-üzə gəlib. Qarşılaşma Praqa təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Fərid matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

“Slaviya”ya baxışa yollanan “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanov da bu görüşün iştirakçısı olub. O da Nəbiyev kimi 90 dəqiqə meydanda olub. 2001-ci il təvəllüdlü futbolçu “Slaviya”nın qələbəsinə 18 və 40-cı dəqiqələrdə fərqlənməklə imza atdığı dublla töhfə verib.

Xəbər xətti