Vatikanın dövlət katibi Azərbaycana gəlir

12:56 - 9 Fevral 2018 - SİYASƏT

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Paul Riçard Gallagherin səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri və Şəhidlər xiyabanlarını, Müqəddəs Məryəm Katolik Kilsəsi, Təzəpir məscidini ziyarət etməsi və başqa tədbirlərin təşkili planlaşdırılır. 

Xəbər xətti