Gələn ildən Xəzər dənizində kruiz səfərləri başlayacaq

12:08 - 9 Fevral 2018 - İQTİSADİYYAT

"Xəzər dənizində kruizlərin təşkili ilə bağlı Rusiya tərəfi təşəbbüslə çıxış edib. Kruiz səfərləri Rusiya, İran, Qazaxıstan və Azərbaycana aid olacaq".

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov bildirib.
 

N.Bağırov deyib ki, gələn ildən Xəzər dənizində kruiz səfərlərinə başlanılacaq:

"Son illərdə Azərbaycanda gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır. Azərbaycanda turizmin inkişafı üçün lazım olan infrastuktur yaradılıb. Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üçün “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb. Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.  Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb".

Xəbər xətti