"Prezident seçkiləri Azərbaycanın daxili işidir" Rusiya XİN

17:21 - 8 Fevral 2018 - SİYASƏT

Prezident seçkiləri Azərbaycanın daxili işidir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin tarixinin dəyişdirilməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir edib-etməyəcəyi barədə sualına cavab verərkən deyib.
 

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Xəbər xətti