Ərdoğanla Putin telefonda razılaşdılar - Liderlər İstanbulda toplaşır

11:49 - 8 Fevral 2018 - SİYASƏT

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki lider başda Afrin və İdlib olmaqla Suriyadakı son durumu müzakirə edib.
 

Ərdoğan Zeytun Budağı hərəkatı ilə bağlı həmkarına məlumat verib. 
 

Türkiyə, Rusiya və İranın iştirakı ilə ilk dəfə Soçidə baş tutan liderlər zirvəsinin ikincisinin İstanbulda keçirilməsi qərarlaşdırılıb. 

Xəbər xətti