Əbülfəs Qarayev səfirləri qəbul etdi

10:54 - 8 Fevral 2018 - SİYASƏT

Fevralın 7-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın səfiri Məkan İşanqulyev, Meksika Birləşmiş Ştatlarının səfiri Rodrigi Lobardini və Tacikistan Respublikasının səfiri Rüstam Solini qəbul edib.

 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, görüşlərdə Azərbaycan Respublikası ilə bu ölkələr arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri, hüquq-müqavilə bazalarının inkişaf etdirilməsi və onların əsasında konkret tədbirlərin əks olunduğu fəaliyyət planının hazırlanması, ölkələrimizdə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

 
Nazir Ə.Qarayev Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalı və AİTF-2018 – 17-ci Beynəlxalq Turizm və Səyahətlər Sərgisi barədə məlumat vermişdir. Eyni zamanda, il ərzində Azərbaycanda keçiriləcək mədəniyyət və turizm tədbirləri, xüsusilə oktyabr ayında keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Humanitar Forumu haqqında səfirləri ətraflı məlumatlandıraraq ölkələrini tədbirdə yaxından iştiraka dəvət etdi.

Xəbər xətti