Prezident Azərbaycanla bağlı vacib razılaşmanı təsdiqlədi

20:14 - 8 Fevral 2018 - SİYASƏT

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşmanı təsdiqləyib.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında razılaşma dövlət başçısı tərəfindən imzalanıb.
 
Daha əvvəl Qazaxıstanın baş nazirinin sərmayələr və inkişaf üzrə birinci müavini Roman Sklyar bildirib ki, razılaşmanın təsdiqi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın həcmini artırmağa imkan verəcək.
 
Qazaxıstan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə daşınan əsas yüklər qara və əlvan metallar, avadanlıqlardır.

Xəbər xətti