Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

15:41 - 7 Fevral 2018 - SİYASƏT

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin aprelin 11-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bu barədə V.Volodin Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş sərgidə jurnalistlərə bildirib.

"Parlament çərçivəsində olduqca səmərəli işləyirik, buna görə də aprelin 11-də baş tutacaq seçkilərdən sonra, hardasa, yarım il sonra mütləq Azərbaycana səfər edəcəyəm", - V.Volodin deyib.

Qeyd olunur ki, səfər rəsmi xarakter daşıyacaq.

Xəbər xətti