Putinin Ərdoğan və Ruhani ilə görüşü gözlənilmir

14:04 - 7 Fevral 2018 - SİYASƏT

Rusiya prezidenti Vladimir Putinin Türkiyə və İran liderləri ilə görüşü hələ ki planlaşdırılmır.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

“Bilirsiniz ki, son günlər Putin İran və Türkiyə prezidentləri ilə daim əlaqə saxlayır, Suriya və digər münaqişələrlə bağlı müzakirələr aparır. Liderlərin bununla bağlı görüşməsi istisna olmasa da, hazırda belə razılıq yoxdur”.

Xəbər xətti