Türkiyə ilə hərbi əməkdaşlıq müzakirə edilib

12:54 - 7 Fevral 2018 - SİYASƏT

Fevralın 7-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
 

Tərəflər hər iki ölkənin orduları nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

Xəbər xətti