Ana səhifə
17 Dekabr 2018

XİN-dən İsveçrə parlamentinin spikerinə ETİRAZ

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirləri şərh edib.
 
"Ucnoqta.az" XİN-dən Modern.az-a verilən məlumata istinadən bildirir ki, H. Hacıyev bildirib ki, Dominik De Buman İsveçrə Milli Şurasının spikeri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir. Və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir.     
 
“İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.
 
Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Bu səfərlə və indi Yerevandan səsləndirdiyi fikirlərlə o, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq Azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir” – deyə XİN rəsmisi bildirib.

Tarix
7 Fevral 2018 [12:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin