Minsk qrupunun həmsədrləri Bakıda

10:26 - 7 Fevral 2018 - SİYASƏT

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti bu gün Bakıda bir sıra görüşlər keçirəcəklər.

"Ucnoqta.az"  "Ölkə.Az"a istinadən xəbər verir ki, amerikalı həmsədr Bakıya bir neçə gün əvvəl, Rusiya və Fransa nümayəndələri isə paytaxta dünən təşrif buyurublar.
 

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda rəsmilərlə bir sıra görüşlər keçirəndən sonra Ermənistana səfər edəcəklər. Həmsədrlərin Ermənistana səfəri 8-9 fevral tarixinə planlaşdırılıb.

Qeyd edək ki, həmsədrlər işğal altında olan Dağlıq Qarabağa da səfər edəcəklər.

Xəbər xətti