Lavrov qazaxıstanlı həmkarı ilə Xəzərin statusunu müzakirə etdi

15:50 - 6 Fevral 2018 - SİYASƏT

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdrahmanovla 5-ci Xəzər sammitinə hazırlıq məsələsini müzakirə edib.
 

Qeyd olunur ki, nazirlər ötən ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasında qəbul olunmuş qərarlara əsasən növbəti sammitə hazırlığı dəyərləndirib.

 

Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci sammitinin mart ayının sonunda Astanada keçirilməsi planlaşdırılır.




//Trend//

Xəbər xətti