AzTV-də beynəlxalq münasibətlərin müzakirəsi

15:51 - 5 Fevral 2018 - SİYASƏT

Müasir beynəlxalq aləm və onun yaratdığı siyasi imic hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Artıq məlum məsələdir ki, daimi inkişafda olan elm və texnalogiya, eləcə də  KİV-nin sürətli gücləndirilməsi informasiyanı tez bir zamanda, hətta hadisə yerində əldə etmək imkanı yaradır. KİV-lər yer kürəsində baş verən bütün hadisələrin virtual yayımına, qolobal məsələləri insanlar üçün gündəlik infrormsiya hədəfi kütləsinə çevirməyi bacarır. Ölkəmizdə faliyyət göstərən mediya qurumları, qəzet və jurnal xəbərləri, radio və televiziya proqramları da dünyada baş verən siyasi-ictimai hadisələri, iqtisadi və mədəni, eləcə də idman yeniliklərini operativ şəkildə çatdırmağı və obyektiv bir biçimdə dəyərləndirməyi əsas götürərək oxucu və tamaşaçı auditoriyası ilə tanış edir. 

Bütün inkişaf dövrlərində milli medyanın qarşısında duran əsas vəzifələrdən biri də ölkə və müasir dünya siyasətinin xarakteristikasını tamaşaçıya olduğu kimi çatdırmaqdır. Bu sahədə faliyyət göstərən televiziya verilişlərinin rolu olduqca əhəmiyyətlidir. Bunlar arasında AzTv kanalında yayımlanan “Bizim Planet” verilişini xüsusi qeyd etmək olar. Həftənin şənbə günü tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” anatilik informasiya proqramı kimi təqdim edilir. Politoloq Rufiz Qonaqovun təqdimatında hazırlanan proqram millət vəkilləri, politoloqlar, diplomatlar və  siyasi şərhçilərin diskursiyaları və müzakirələri əsasında davam etdirilir. Verilişdə beynəlxalq və regional məsələlər, o cümlədən müstəqil Azərbaycan Respublikasının yürütdüyü xarici siyasəti faktlara əsaslanaraq öz əksini tapır və şərh edilir.

Verilişin bu dəfəki buraxılışında yenə də həftə ərzində baş verən hadisələr nəzərdən keçirilib şərh olundu. Millət vəkili, politoloq Aydın Mirzəzadə və siyasi şərhçi, “Trend” İctimai Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevin iştirak etdiyi  “Bizim Planet” verilişində bu dəfə Ermənistanda keçiriləcək növbəti seçkilər və bununla bağlı aparılan kompaniyalar, Qərbin ikili standart siyasəti, qaçkın və köçkün problemləri, dünyada baş verən antiseminiz kimi mövzular müzakirə olunub.
Bildiyimiz kimi Ermənistanda yeni konstitusiyaya əsasən, ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Parlament tərəfindən seçiləcək. Bununla da sarkisyan rejimi öz mütləqiyyətini qoruyub saxlayacaq. Formal xarakter daşıyan bu cür seçkilərdə şəffaflığın olmaması təsdiqi dünya ictimaiyyətini bir daha əmin edir ki, bu ölkədə demokratik siyasi münasibətərdən söhbət gedə bilməz.

Sözü gedən verilişdə də ilk növbədə toxunulan bu mövzu ətrafında millət vəkili, politoloq Aydın Mirzəzadə iki məqamı xüsusi qeyd etdi. Birincisi, Ermənistan hakimiyyətində Sarkisyan soyadına olan maraq, ikincisi sarkisyan partiyasının namizədliyini irəli sürdüyü Armen Sarkisyanın Moskvaya olan səfəri və xalqdan yox məhz Moskva üzərindən seçilməsini açıq aydın bildirməsi idi. 

Ümumiyyətlə, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi, ölkə iqtisadiyyatının olmaması, cəmiyyətinin maraqlarının düşünülməməsi, xalqın narazılığına səbəb olan cinayətkar rejimin davam etdirilməsi təlatümləri artdırır. Ermənistandakı bu cür acınacaqlı vəziyyətin davam etməyəcəyi faktını bu ölkənin sabiq prezidentlərinin də vurğuladığını qeyd edən politoloq Rufiz Qonaqov məsələnin kökündə həm də Dağlıq Qarabağ separatçı rejimi dayandığını diqqətə çəkdi. Hakimiyyətini Dağlıq Qarabağ kartı üzərində quran bu separatçı rejimə havadarlıq edən dövlətdlər və uzun illərdir ki məsələnin həllinə yönəldilmiş beynəlxalq təşkilatların üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirməməsi siyasi şərhçi Arzu Nağıyev tərəfindən xüsusi vurğulandı. 

Veriliş boyu mövzu ətrafında müzkirə aparan politoloqların şərhlərindən də aydın olduğu kimi həm ermənistan xalqı, həm serparatçı rejim, həm də onlara dəstək olan “super güclər” özləri də yaxşı bilirlər ki bu vəziyyət uzun müddət davam edə bilməz və qarşıda onları gözləyən biabrçı süqut yaxın gələcəkdə rellaşacaq. Bu münaqişəni yaradan da, onu öz sifətlərinə yaraşan şəkildə davam etdirən də Ermənistan dövləti və lobbisidir. Bu gerçəklər dəflərlə həm Prezident İlham Əliyev tərəfindən beynəlxalq siyasi tiribunalarda, həm Ermnistanı işğalçı ölkə kimi tanıyan və qəbul edən beynəlxlaq qurum və təşkilatların özləri tərəfindən də qeyd edilib. İkinci bir tərəfdən Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bütün islahatlar, inkişafı və artmaqda davam edən nüfuzu Dağlıq Qarabağ probleminin həll olunmasına güclü zəmin yaradır. Belə bir inkişaf qarşısında isə Ermənistan dövlətinin və yalançı siyasətinin əldə edəcəyi heç bir nəaliyyətdən söhbət gedə bilməz.   

Beynəlxaq aləmin uzun illərdir şahidi olduğu və son dövlərdə daha da çoxalan iqçilik, millətçilik, Avropada qaçqın və köçkün problemləri, miqrantlara qarşı zorakılıq, bütün Qərb aləmində hökm sürən islamafobiya və ikili standartlar    “Bizim Planet” verilişinin bu dəfəki buraxılışında geniş müzakirə edilən məslərdən idi. Mövzular ətrafında özünəməzsus şəkildə aparılan şərhlərdən belə bir nəticəyə gəlmək olar ki, bu gün nə Avropada, nə də Amerikada dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması heç bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Avropanın ən inkişaf etmiş ölkələrində insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti tənqid edən jurnalistlərin  sıxışdırılması kimi faktlar dünyanın gözü qarşısındadır. Yaxın müttəfiqlərinin yürütdüyü siyasəti görmək belə istəməyən dırnaqarası demokratik Amerikanın isə ötən əsrdən bu günə kimi ərəb ölkələrinin məhvi üçün başlatdığı və davam etdirərək münaqişə ocaqlarının qızışdırılmasındakı rolu göz qabağındadır. Burada diktatorların devrilməsi adı altında insanların qətlə yetirilməsi, minlərlə günahsızın hələ də qanının axıdılması davam edir. Əsas məqsəd isə həmin ölkələri öz əsarətləri altına almaq və islamafobiyanı gücləndirməkdir. Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Avropada millətçilik gücləndirlir, neofaşizim meydana gəlir. Son zamanlar güclənən antiseminizm bunu bir daha təstiq edir.

Bütün bunların əkisnə isə Azərbaycan genetik foktorunda olan hümanizim prinsiplərindən əsla vaz keçməyib. Ölkəmizdə dinlərin bərbərliyi, tolerantlıq, multikulturialist dəyərlər, bütün xalqlara və dövlətlərə qarşı (Ermənistandan başqa) dostluq və bərabərlik münasibəti sarsılmaz siyasətlə həyata keçirilir. 

Beynəlxalq aləmdə baş verən bütün hadisələrin müzakirəsini ön plana çəkən “Bizim Planet” verilişi yəqin ki hədəf götürdüyü tamaşaçı auditoriyası qarşısındakı missiyasını obyektiv fikir və şərhlərlə izah etmək bacarığına nail olub. Buna əsas verən səbəblərdən biri də verilişin uzun zamandır fəaliyyət istiqamətini dəyişmədən öz bucağı altında işqlanmasıdır.

“Ağ yol” İnformasiya Agentliyinin mətbuat katibi

Aysel Abbasova  
04.02.2018

Xəbər xətti