Ərdoğan Vatikana səfər edib

13:37 - 5 Fevral 2018 - SİYASƏT

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.
 
"Ucnoqta.az" APA-ya istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Ərdoğan Roma Papası Fransisklə görüşüb.
 
Ərdoğanın Vatikanda digər rəsmilərlə də görüşü nəzərdə tutulub.
 
Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüds məsələsi, regional problemlər, Suriyada yaşanan hadisələr, terrorla mübarizə kimi mövzular müzakirə olunacaq.
 
Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.
 
Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.
 
Vatikanı ziyarət edən ilk Türkiyə prezidenti isə Calal Bayar (1959-cu il) olub.

Xəbər xətti