Serbiya və Monteneqronun Avropa İttifaqına qəbul ediləcəyi vaxt məlum oldu

23:22 - 5 Fevral 2018 - SİYASƏT

Avropa Komissiyası Serbiya və Monteneqronun ittifaqa daxil olması barədə danışıqlar prosesini sürətləndirməyi planlaşdırır.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının yeni strateji sənədində öz əksini tapıb.
 

Avropa Komissarı Yohannes Xan Brüsseldə Balkan ölkələrinə aid yeni strategiyanı sabah təqdim edəcək. Onun sözlərinə əsasən, Serbiya və Monteneqro  bütün öhdəlikləri yerinə yetirsələr, 2025-ci ildə ittifaqa qoşula biləcəklər.
 

Bununla yanaşı, Xan qeyd edib ki, Avropa İttifaqının qapıları qərbi Balkan ölkələrinin üzünə açıqdır: "Avropa İttifaqına qərbi Balkan ölkələrinin daxil olması qurumun siyasi və iqtisadi maraqlarına, eyni zamanda təhlükəsizliyinə cavab verir".

Xəbər xətti