Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

22:20 - 5 Fevral 2018 - SİYASƏT

Bakıda fevralın 27-28-də Azərbaycan və Pakistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.

Səfirin sözlərinə görə, məsləhətləşmələr zamanı geniş spektrli, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.

Xəbər xətti