Ana səhifə
19 İyun 2018

Proqnozlar Bürosu: Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA

Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

"Ucnoqta.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir: "Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".

Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu  temperatur 8 dərəcədir. Gün ərzində havanın temperaturu 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır". 

Tarix
5 Fevral 2018 [09:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin