İlham Əliyev təbrik məktubu göndərib

22:33 - 3 Fevral 2018 - SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib. 

 

"Ucnoqta.az" xəbər verir ki, məktubda deyilir: 

 

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

Xəbər xətti