Məmmədyarovla Lavrov telefonla danışıblar

11:27 - 2 Fevral 2018 - SİYASƏT

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında fevralın 1-i telefon danışığı olub.
 

"Ucnoqta.az" XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata istinadən bildirir ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.  

Xəbər xətti