Makrondan erməni lobbisinə şillə — Dağlıq Qarabağa səfər tələbinə rədd cavabı

11:45 - 1 Fevral 2018 - SİYASƏT

Fransa prezidenti Emmanuel Makron Parisdə erməni lobbisinin nümayəndələri ilə görüşüb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Makron təqvimə erməni soyqırımını anma günü əlavə edəcəyini bildirib. Fransa lideri erməni lobbisinin tələblərini dinləyib.
 

Türkiyəni günahlandırmaram
 

Türkiyəyə dair "milli azlıqları təhdid etmə" ittihamı tələbini edən erməni lobbisinin nümayəndələrinə Makron rədd cavabı verib. Türkiyə prezidenti Ərdoğanla münasibətlərə önəm verdiyini dilə gətirən Makron tələbi rədd edib.
 

Dağlıq Qarabağa gəlmərəm
 

Erməni lobbisi təmsilçilərinin bir digər tələbi isə erməni siyasətçilərin müşayəti ilə Makronun Dağlıq Qarabağa səfəri olub. Bu tələbi rədd edən Makron deyib: "Sizi pərt etsəm də, bunu qəbul edə bilmərəm. Fransa Azərbaycan və Ermənistan arasında vasitəçidir. Bu problem həll edildikdən sonra Dağlıq Qarabağa getmək istəyərdim".

Xəbər xətti