Elmar Məmmədyarov Brüsselə səfər edəcək

15:02 - 31 Yanvar 2018 - SİYASƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
 
"Ucnoqta.az" xəbər verir ki, Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfər fevralın 9-na nəzərdə tutulur.
 
Səfərin məqsədi Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. 
 
E.Məmmədyarovun Avropa İttifaqında bir sıra görüşləri də planlaşdırılır.
 
Görüşlərdə Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığı nəzərdə tutan saziş üzrə müzakirələr aparılacaq.

Xəbər xətti