ATƏT-in fəaliyyətdə olan sədri 2018-ci il hədəflərindən danışdı

19:25 - 30 Yanvar 2018 - SİYASƏT

İtaliyanın XİN rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri Ancelino Alfano 2018-ci il üçün ATƏT-in hədəflərindən danışıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, onun sözlərinə əsasən, ATƏT bu il Ukrayna böhranı və Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstan kimi dondurulmuş münaqişələrin həllinə maksimum diqqət ayıracaq.
 

Ancelino bu gün Ukrayna və Rusiyaya ilk işgüzar səfərinə çıxıb. Jurnalistlərin suallarını cavablandıran Alfano deyib: "Bizim sədrliyimiz dövründə Ukrayna böhranı, dondurulmuş münaqişələrə (söhbət Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstandan gedir) maksimum diqqət ayıracağıq. Prioritet məqsədimiz Ukrayna böhranının həllinə yönələcək".
 

Alfano 30-31 yanvar tarixlərində Ukraynada, 1 fevral tarixində isə Moskvaya səfər edəcək.

Xəbər xətti