Ana səhifə
19 Avqust 2018

Qara Qarayevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq

SSRİ xalq artisti, görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunacaq. 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planına əsasən, fevralın 3-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında “Qoya” birpərdəli baletinin premyerası keçiriləcək.
Bildirilib ki, teatrın rəhbərliyi tərəfindən tamaşanın quruluşunu həyata keçirmək məqsədilə mədəniyyət xadimlərindən ibarət beynəlxalq yaradıcı heyət dəvət edilib. Baletin quruluşçu xoreoqrafı Vasili Medvedyev, quruluşçu rəssamı Dmitri Çerbadji, libretto müəllifi türk yazıçısı Yana Temiz, xormeysteri Sevil Hacıyeva, dirijoru Əyyub Quliyevdir. Baş rollarda teatrın aparıcı solistləri - Kamilla Hüseynova, Nigar İbrahimova, Makar Ferştandt, Anar Mikayılov və Cəmilə Kərimova iştirak edəcəklər.

Bundan başqa, fevralın 5-də saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyində "QÜRUR və DÜHA. Yaşayan Əfsanə" rəssam və fotoqrafların yaratdıqları Qara Qarayev obrazlarından ibarət sərgi keçiriləcək.

Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunan yubiley gecəsi keçiriləcək.

Gecədə dirijorlar Rauf Abdullayev və Elşad Bağırovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Elvin Hoca Qəniyev iştirak edəcəklər. Konsertin proqramında Simfoniya № 2, Violin və simfonik orkestr üçün konsert, Klassik süita, Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası səslənəcəkdir.

Tarix
29 Yanvar 2018 [18:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin