Ana səhifə
24 Fevral 2018

Qırğızıstan prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında  diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə məktub göndərib.

Məktubda deyilir:
 
“Möhtərəm İlham Heydər oğlu. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.
 
Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulub. Qırğızıstan ilə Azərbaycan həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
 
Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram”.





 

//APA//

Tarix
29 Yanvar 2018 [15:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ