Prezident Finlandiya və Çexiya prezidentlərini təbrik edib

14:56 - 29 Yanvar 2018 - SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
 

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
 

Dövlətimizin başçısı Çex Respublikasının Prezidenti Miloş Zemanı da təbrik edib.

Məktubda qeyd olunur:

"Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

//Trend//

Xəbər xətti