Səfir: "Energetika Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın məhəg daşıdır"

21:31 - 29 Yanvar 2018 - SİYASƏT

"Azərbaycan Bolqarıstan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır".

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin "Üçüncü kanal"ına müsahibəsində deyib.

"Energetika həmişə əməkdaşlığımızın məhəg daşı olub. Bildiyiniz kimi, məqsədimiz 2020-ci ilə qədər, təqribən, 1 milyon ev təsərrüfatını Azərbaycan qazı ilə təmin etməkdir. Saziş 2014-cü ildə imzalanıb", - N.Qurbanova bildirib.

Onun sözlərinə görə, Azərbaycan Bolqarıstana qaz tranziti ölkəsi kimi maraq göstərir.

"Bu qaz Avropa İttifaqı tərəfindən regionumzda yeganə həyatqabiliyyətli resurs kimi tanınan Cənub Qaz Dəhlizinin bir hissəsidir", - diplomat vurğulayıb.

Səfir diqqətə çatdırıb ki, bu il Azərbaycana, təqribən, 1,5 min bolqar turist səfər edib.

Xəbər xətti