Ana səhifə
27 May 2018

ATƏT PA-nın prezidenti Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli həlli uzadılmış münaqişələri 2018-ci ildə təşkilatın fəaliyyətinin əsas prioritetlərindən biri adlandırıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, G.Tsereteli Vyanada ATƏT PA-nın 2018-ci il üçün proqramını təqdim edib.

O, bu il təşkilatın əsas prioritetləri qismində terrorizmlə mübarizə, miqrasiya məsələləri, Ukrayna böhranının həlli və ATƏT ölkələrində həlli uzadılmış münaqişələri göstərib.

ATƏT PA-nın prezidenti çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin gedişini müzakirə etmək üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırdığını bildirib.

Məlumata görə, G.Tsereteli həmçinin İtaliyanın ATƏT sədri kimi səylərini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Tarix
27 Yanvar 2018 [00:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin