İlham Əliyevi təhqir edən radioya - AĞIR CƏZA

11:40 - 26 Yanvar 2018 - SİYASƏT

Türkiyənin Radio və Televiziya qurumu Azərbaycanın prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlərin yer aldığı proqrama görə "Show Radio”nu cəzalandırıb. 

 

 

Ucnoqta.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, qurum "Matrax” adlı proqramın kommersiya rabitə gəlirinin 5 faizi nisbətində inzibati pul cəzası və proqramın 5 buraxılışının dayandırılmasına qərar verib. Bu cəzadan sonra eyni radio tərəfindən bir il içində bənzər bir yayım edilərsə, yayımı 10 gün müddətinə dayandırılacaq. Bir daha təkrar olunacağı təqdirdə isə veriliş bağlanacaq. Bununla yanaşı radionun yayım lisenziyasının ləğv edilməsi barədə də qərar verilə bilər.

 

Qeyd edək ki, aparıcılığını Zeki Kayahan Coşkunun  etdiyi  sözügedən proqramın 16 yanvar 2018-ci il tarixində, 22.00-01.00 saatları arasında yayımlanan bölümündə Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlər səsləndirilmişdi.

 

Qeyd edək ki, bu, RTÜK-ün tətbiq etdiyi ən ağır cəza hesab olunur. 

 

Xəbər xətti