Ana səhifə
19 Avqust 2018

İzmirdə Xocalı soyqırımı parkı açılacaq

İzmirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş park və abidə açılacaq.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə məlumatı Modern.az-a İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Dr.Asif Kurban verib. 

 

"Bu günlərdə Balçova bələdiyyə başqanı Mehmet Ali Çalkayanı cəmiyyət olaraq ziyarət etdik. Bələdiyyə sədrinə və heyətinə Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna və əməkdaşlığına göstərdiyi dəyərli xidmətləri adından təşəkkürümüzü çatdırdıq.

Bələdiyyə sədrinə xidmətlərinə görə 2017-ci ilin "Azərbaycanın dostu" mükafatını təqdim etdik. Balçova bələdiyyəsi ilə birgə 2017-ci ildə "Bakıdan Balçovaya, Balçovadan Bakıya Rənglərin Qardaşlığı" layihəsini çox yüksək səviyyədə təşkil edə bildik. Görüşümüzün sonunda qərar alındı ki, Balçovanın ən yaxşı yerində Xocalı soyqırımı şəhidlərinin xatirəsinə park açılacaq və abidə qoyulacaq", - Dr. Asif Kurban əlavə edib.

Tarix
19 Yanvar 2018 [17:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin