2017-ci ilin simvolik komandası - Siyahı

18:38 - 12 Yanvar 2018 - İDMAN

UEFA azarkeşlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən 2017-ci ilin simvolik komandasının heyətini açıqlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, heyətdə “Real Madrid”in  beş, “Yuventus”un iki, “Çelsi”, “Mançester Siti”, PSJ və “Barselona”nın bir futbolçusu yer alıb.
 

İlin ən yaxşı futbolçuları sırasında Ronaldo, Serxio Ramos, Marselo, Toni Kross, Luka Modriç (“Real”), Canluci Buffon, Dani Alves (PSJ), Corco Kellini (“Yuventus”), Kevin de Brüyne (“Mançester Siti”), Eden Azar (“Çelsi”), hücumçu Lionel Messi (“Barselona”) daxildir.
 

Səsvermə zamanı namizədliyi irəli sürülən 50 oyunçuya azarkeşlər tərəfindən ümumilikdə 8,7 milyondan çox səs verilib. Ən çox səsi Serxio Ramos (588 min) toplayıb.


Xəbər xətti