Pirotexniki vasitədən 4 nəfər xəsarət alıb: 1 azyaşlının barmağı kəsildi

12:29 - 2 Yanvar 2018 - HADİSƏ

Pirotexniki vasitədən 4 nəfər xəsarət alıb. Ucnoqta.az DİN-nin saytına istinadən xəbər verir ki, yanvarın 1-nə keçən gecə ehtiyatsızlıqdan pirotexniki məmulatın partlaması nəticəsində Sumqayıt şəhər sakinləri Emin Ağayev və azyaşlı Ayan Quluzadə əl barmaqlarından, Samir Quliyev və Qoşqar Mirzəyev göz nahiyələrindən aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriiblər. A.Quluzadənin əlinin bir barmağı amputasiya edilib.

Xəbər xətti