"Rusiyadan Ermənistana gedən dəmir yolu açılır"-Deputatdan ŞOK Açıqlama

13:10 - 29 Dekabr 2017 - Müsahibə

“Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir".

 

“Ölkə.Az”-ın məlumatına görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib. 

Q.Həsənquliyev deyib ki, həmin dövrdə Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsərək qonşu Gürcüstan əhalisinə qaz verib:

“Biz hər zaman bir qonşu kimi öz ləyaqətimizi etibarlılığımızı göstərmişik. Həmin iclas zamanı ona sual verdilər ki, Kosovanın həll variantı keçmiş sovet respublikalarındakı ölkələrindəki münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilməz. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyuinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o bundan sonra siyasi elitadan uzaqlaşdırıldı. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı – Tibilisi –Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik. Bakı – Tibilisi –Qars çəkilərkən onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Gürcüstanda investisiya qoyuluşuna görə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfirliyi Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Söhbət ondan gedir ki, Gürcüstan Rusiyadan Ermənistana gedən dəmir yol xəttini açmaq haqqında düşünür. Gürcüstanın işğal altında olan torpaqlar üzərindən bunlar Ermənistana dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir”. 

 

Xəbər xətti