Səudiyyə Ərəbistanı Qətərlə sərhəd qapısını yenə bağladı

18:26 - 20 Dekabr 2017 - DÜNYA

5 iyundan etibarən Qətərlə diplomatik gərginlik yaşayan Səudiyyə Ərəbistanı növbəti sərt addımını atıb.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Ərəbistanı Gömrük İdarəsi Qətərlə yeganə avtomobil keçid yolu olan Səlva sərhəd qapısını bağlayıb.
 

Xatırladaq ki, Səlva qapısı 19 iyunda bağlanmış, Həcc ziyarəti zamanı qətərli hacıların keçməsi üçün avqustda açılmışdı.

Xəbər xətti