Ağdaşda 15 yaşlı qız turnikdən yıxılaraq ölüb

20:40 - 12 Dekabr 2017 - HADİSƏ

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az  APA-ya istinadən bildirir ki, hadisə dünən axşam saatlarında rayonun Orta Ləki qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 2002-ci il təvəllüdlü O. M. öz həyətlərində turnikdə idman edərkən yıxılıb. Başı betona dəyən 15 yaşlı qız kəllə-beyin travması alaraq ölüb.

Xəbər xətti