Sabaha olan hava proqnozu açıqlanıb

12:48 - 11 Dekabr 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Xəbər xətti