Britaniyaya yağan güclü qar hava limanlarının işini iflic edib

00:20 - 11 Dekabr 2017 - DÜNYA

Britaniyanın Birmingem və Uest-Midlends şəhərlərinin hava limanları, həmçinin Londonun Luton aeroportu güclü qar səbəbindən işini dayandırıb.
 

“Report” "Airlive" portalına istinadən xəbər verir ki, Amsterdam, Cenevrə, Frankfurt Mayn, həmçinin Londonun Hitrou və Stansted hava limanları pis hava şəraiti ilə əlaqədar reys qəbulunu dayandırıb.

BBC-nin məlumatına görə, bu addım uçuş-eniş zolaqlarının qardan təmizlənməsi məqsədi ilə atılıb.

Xəbər xətti