Ana səhifə
14 Dekabr 2018

“Saakaşvilinin başından bir tük də əskik olmayacaq” – Gürcüstan parlamentinin deputatı

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mütəşəkkil cinayətkar qrupa dəstək olmaqda və onların cinayət fəaliyyətinə şərait yaratmaqda ittiham olunur.
 
Saakaşvili Kiyevdə saxlanılıb.
 
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 256.1 maddəsi ilə iş açılıb.
 
Məsələ ilə bağlı Modern.az saytı Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlarla əlaqə saxlayıb.
 
Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun sözlərinə görə, Saakaşvilinin başından bir tük də əskik olmayacaq.
 
“Saakaşviliyə Gürcüstanda da cinayət işi açılıb. Amma bu cinayət işlərinin heç birinin əsası yoxdur. Bu gün Saakaşvili Ukraynada çox güclü partiyanın rəhbəridir. Hətta onun tərəfdarları baş prokurorluqdan onun yerinə qayıtmasını tələb edirlər. 3 ildən 5 ilə qədər cinayət işi açıblar ki, guya dövlət çevrilişinə cəhd edib. Halbuki, bunların heç birinin əsası yoxdur. 2014-cü ildə Ukraynada yüzlərlə insan həyatını itirdi.
 
Donetsk, Luqansk, Krımla bağlı Poroşenko(hazırkı Ukrayna prezidenti) verdiyi vədlərin birini də yerinə yetirməyib. Bu gün Ukrayna xalqı Saakaşvilinin yanındadır. İnsanlar günü-gündən geriləyiblər. Onların ümidi Saakaşvilidir. Görünür, bu gün Poroşenko hakimiyyəti, Ukraynada hər bir şeyi ələ alıb. Xalq da buna etiraz edir. Bütün bunlara baxmayaraq, Saakaşvilinin başından bir tük də əskik olmayacaq. Çünki arxasında 45 milyon ukraynalı dayanıb”
 
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev deyir ki, bu halın özü utancvericidir.
 
“Uzun müddət Saakaşviliyə qarşı müxalifətdə olan biri kimi deyə bilərəm ki, bu gün mənim kimi minlərlə Gürcüstan vətəndaşı bu məsələyə görə utanc hissi keçirir. Çünki Saakaşvili neçə il Gürcüstan prezidenti olub. Belə bir ölkənin dövlət başçısı olmuş birisinin özünü bu cür aparması yaxşı hal deyil.
 
Ukrayna konkret olaraq Saakaşvilini  dövlət çevrilişində və  partiyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı ittiham edir. Bildiyiniz kimi, Gürcüstanda da Saakaşvili konkret olaraq Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunur və axtarışa verilib.
 
Gürcüstan tərəfi Ukraynaya Saakaşvilinin ekstradisiyası barədə sorğu göndərib. Sadəcə olaraq biz hadisələrin hüquqi işləmələrini gözləməliyik ki, görək Ukrayna tərəfi hansı addımları atacaq. Ukraynanın addımlarından asılı olaraq Gürcüstan tərəfi Saakaşvilinin Gürcüstana ekstradisiya olunması məsələsini bir daha irəli sürəcək”.
Saakaşvilinin həbs olunmasına gəlincə, deputat proseslərin necə sonluqla bitməsini gözlədiklərini bildirib.
 
“Gürcüstan dövləti olaraq  bütün hüquqi prosedurları gözləyəcəyik. Gürcüstan neçə müddətdir ki, Saakaşvilinin ekstradisiyası ilə bağlı Ukrayna hökumətinə müraciət etmişdi.
 
Amma Ukrayna heç bir cavab vermirdi. Bu gün artıq Ukrayna Saakaşviliyə qarşı özünün konkret  ittihamlarını irəli sürür. Sadəcə, onların bu məsələdə atacağı addımları gözləyirik”

Tarix
5 Dekabr 2017 [14:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin