Vəkil: "Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur"

12:46 - 5 Dekabr 2017 - DÜNYA

 Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib.
"Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur", - vəkil deyib.

Ukrayna KİV-inin yazdığına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Saakaşvilini avtomobilə oturdub və onu oradan aparmağa çalışır. Amma Saakaşvilinin silahdaşları UTX əməkdaşlarının onu aparmağa çalışdığı avtomobilin qarşısını kəsiblər və onun hərəkət etməsinə imkan vermirlər.

Xəbər xətti