Ana səhifə
21 Aprel 2018

"Mərc oyunlarına külli miqdarda pul yatırıblar"-Musayevdən Şok Açıqlamalar

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyununun böyük qalmaqala səbəb olması və meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olması və bu əsasla “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra hər iki futbolçu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

 

 

Ucnoqta.az” xəbər verir ki, saxlanılan futbolçular haqda hazırda araşdırma aparılır.

 

Baş verən olayla bağlı “Ucnoqta.az” saytına açıqlama verən PFL prezidenti Ramin Musayev olayın oyun alqı satqısı səbəbindən deyil, mərc oyunlarına pul qoyulması və bu səbəbdən məcburi uduzmaqdan söhbət getdiyini bildirib.

 

“Hazırda biz də futbolu izləyirik.38-ci dəqiqədir.Hələki şübhəli məqam yoxdur.Saytlarda məlumat oyun alqı satqısı ilə bağlı yayılsa da, əslində belə deyil.Burda oyun alqı satqısından yox, adları çəkilən və hələki qalanları bəlli olmayan şəxslərin həmin oyunla bağlı mərc oyunlarına külli miqdarda pul yatırmasından və bu səbəbdən məğlub olmalarından söhbət gedir.Hələki araşdırma gedir.Nə baş verib bilinəcək.”

 

Jurnalistin həbs edilən iki futblçunun mencerinin sizin Polad adlı bacınız oğlu olduğu qeyd edilir sualına isə Ramin Musayev belə cavab verib:

 

“Polad mənim bacım oğlu deyil, dayım nəvəsidir.Qaldı ki, onun həbs olunan futbolçuların meneceri olmasının bu məsələlərə heç bir aidiyyatı yoxdur.”

 

Tarix
30 Noyabr 2017 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ