Ağdaşda iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var

11:37 - 30 Noyabr 2017 - HADİSƏ

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.
 
Ucnoqta.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində "Nissan" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
 
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
 
Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti