Azərbaycan və Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

13:31 - 24 Noyabr 2017 - Xəbər

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.


Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.
Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Xəbər xətti