Ana səhifə
23 Yanvar 2018

"Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq -Səhlab Bağırov:

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.
 
 
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.
 
Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".
 
S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.
 
Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu keçiriləcək.
 
Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.
Tarix
21 Noyabr 2017 [18:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ