İnsana baş köçürüldü - Dünyada ilk dəfə

10:45 - 18 Noyabr 2017 - MARAQLI

İtaliyalı cərrah Serxio Kanavero Çində insan cəsədinə baş transplantasiyasını həyata keçirib.

 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 18 saat davam edən əməliyyat zamanı onurğa, sinirlər və qan damarları uğurlu şəkildə birləşdirilib.

Əməliyyat ötən il meymuna baş köçürən cərrah komandası ilə birgə keçirilib.

Kanavero yaxın zamanda meyitdən canlı insana baş köçürülməsini həyata keçirəcəyini və artıq bu əməliyyat üçün Çində könüllülərin olduğunu bildirib.


Xəbər xətti